"Yaralıyam, ermənilərin səsini eşidirik" - Əsgərimizdən tükürpədici zəng gəldi

19 Yanvar 2021 23:50 Hadisə 4 478
"Yaralıyam, ermənilərin səsini eşidirik" - Əsgərimizdən tükürpədici zəng gəldi

44 günlük Vətən müharibəsində itkin düşən və bu günə kimi xəbər gəlməyən əsgərin yaxınları saytımıza müraciət edib. 112 gündür ki, itkin düşən hərbçinin bacısı kömək istəyib.

Oxu24.com İbrahimov Təbriz İsmayıl oğlu 1992-ci ildə Salyan rayonu,Çadırlı kəndində anadan olub. MAXE kimi orduda xidmət edən hərbçimiz sentyabrın 27-də Murov istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Bu zaman yaralı əsgərimiz xalasıoğluna zəng edərək halallaşıb.

O, bildirib ki, Murov yüksəkliyi yaxınlığında, "Ağdağ postunun" netralındadır. Telefon danışığı zamanı bildirib ki, ərazidə mina partlayışı baş verib. O və bir neçə hərbçi yaralı vəziyyətdə ərazidə qalıb.

Telefon danışığı zamanı Təbriz İbrahimov bildirib ki, yaxınlıqda erməni postları var və onlar ermənilərin səsini asanlıqla eşidir. Bu sözləri dedikdən sonra ondan xəbər olmayıb. Yaxınları dəfələrlə telefona zəng etsə də cavab verən olmayıb.

İtkin ərbçimizin fotosunu təqdim dirik:

Bu əsgərin döyüş yoldaşları onun haqqında məlumatı varsa,050 752 05 73 telefon nömrəsinə məlumat vermələrini xahiş edirik.

Hazırladı: Miri Məcidli

Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi