Andranik və daşnaklar sonuncu döyüşə hazırlaşır... Eynulla Fətullayevin reportajı

18 Avqust 12:50 Gündəm 691
Andranik və daşnaklar sonuncu döyüşə hazırlaşır... Eynulla Fətullayevin reportajı

Xəbər verdiyimiz kimi, Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev Laçın dəhlizi və Zabux kəndinə yollanıb.

Polkovnik Ziminlə Zabuxa gedən Eynulla Fətullayevin təəssüratını təqdim edirik:

“Uzaqdan Zabux müqayisəedilməz dərəcədə daha gözəldir. Kəndin inkişafı 1990-cı illərin ortalarında dayanıb: yolsuzluq, zəif infrastruktur, yoxsulluq, diaspora ianələrinə tikilmiş qırmızı damlı eynitipli qutu evlər. Anlaşılmazlığa görə administrasiya adlandırılan daxmada bir neçə üzüqəzəbli insanlar toplaşmışdı. Cəsarətlə qapıya yaxınlaşıram, özümü Beynəlxalq Mətbuat İnstitutundan jurnalist kimi təqdim edirəm, qarşıma tanış simalar çıxır. Köhnə idman paltarı geyinmiş Livan ermənisi Andranik Çavuşyanı görürəm. Onun yanında daha bir tanış personaj var – hərbi bloqer və İrəvandan olan yerli rejissor Arşak Zakaryan. Bəli-bəli, bu, Kəlbəcər üçün göz yaşı tökən və Cəbrayılın qapılarında Bakını mütləq işğal edəcəkləri ilə hədələyən həmin xadimdir. O, Bakını nədənsə Bakukert adlandırırdı.

Bir qədər aralıda 1990-cı ilin əvvəllərinin çağırışçıları olan “Daşnaksütyun”un məşhur xadimləri dayanıb. Ağarmış saqqal və türklərə olan nifrətdən bərəlmiş gözlərlə. “Administrasiya”da istidir, çirklidir və siqaret iyi gəlir. Birinci Qarabağ müharibəsi dövrünün çürük və ağır daşnak ab-havası.

İrəvandan olan qərargahçılar məni beynəlxalq təşkilatın təmsilçisi kimi tam ciddi qəbul edirlər. Onlar “erməni” kəndi Zabuxun başına gələn bəlalardan danışmağa tələsirlər.

Çavuşyan ancaq erməni və ərəbcə danışır. Tərcüməçi rolunda Zakaryan çıxış edir.

Və kəndin tarixi mənsubiyyəti haqqında ilk suala şok cavab aldım, bundan sonra söhbəti dayandırmaq və polkovnik Ziminin yanına getmək olardı.

“Ermənilər bizim eranın dördüncü əsrindən Zabuxda yaşayırlar!”, - Andranik iddia edir. Bəs əgər bura erməni kəndi idisə, 1992-ci ildə erməni qoşunları bu kəndi niyə yandırdılar? Və nə üçün Zabuxa sürgün edilmiş azərbaycanlıların yerinə Çavuşyan kimi Livan erməniləri köçürmək lazım idi?! Bu, birbaşa, məntiqi və ümumiyyətlə, qanunauyğun suala Çavuşyan və Zakaryan fəlsəfi cavab verdilər: ermənilər həmişə öz köklərinə qayıdırlar…

Eynulla Fətullayev və Andranik

- Kənd sakinləri öz evlərini yandıracaqlar?

Bu sual isə bugünkü Zabuxun həqiqətini ortaya qoyur: sakinlərin böyük qismi ikinci Vətənini tərk edi. Kiçik, lakin güclü qəzəbi olan dəstə qalıb. Evləri yandıracaqmı?

Çavuşyan qeyri-müəyyən cavab verdi: bu, erməninin onun mülkiyyətinə münasibəti məsələsidir. “Biz insanların evlərini yandırmasını qadağan edə bilmərik!”, - o dedi.

Zakaryan

- Bəs sonra? Azərbaycanlılarla ermənilərin sülh içində birgə yaşamasına nail olmaq mümkün deyilmi? Qan tökülmüş bu torpaqda sülh olacaqmı?

Bu sualı cavablandırmağı Zakaryan öz üzərinə götürür. O, Qarabağda “ermənilərin tamamilə məhvini” nəzərdə tutan “Türkiyə və Azərbaycanın yeni panturanizm strategiyasını” qınayır.

Söhbətin qızğın vaxtında 1990-cı illərin məşhur daşnakı Minasyan iki dəfə qapını açır və bic, şübhəli gülüşü ilə məni göstərərək soruşur: həqiqətənmi bu insan beynəlxalq təşkilatı təmsil edir?!

Digər daşnaklar

Zakaryan Minasyanı inandırır: o, tolerantdır və Zabux ermənilərinin xilas işinə kömək etmək üçün gəlib.

Və bundan sonra Çavuşyan təkidlə məndən xahiş edir ki, söhbətimizi avqustun 25-dən sonra (kəndin Azərbaycanın nəzarətinə veriləcəyi təxmini tarix- müəllifin qeydi) dərc edim. Andranikin sözlərinə görə, müsahibənin həmin tarixdən əvvəl dərc olunması erməni icmasının liderləri üçün təhlükə olacaq. Livanlının sonuncü sözləri - düşünmək üçün qidadır. Bu döyüş heyəti nə hazırlayır axı?”




Digər Xəbərlər
Xəbər Lenti