İki legionerlə yollar ayrılır – Hərəsi bir səbəbdən

5 İyul 2022 14:20 Gündəm 1 132
İki legionerlə yollar ayrılır – Hərəsi bir səbəbdən

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex" iki futbolçusu ilə yollarını ayırır.

Sportinfo.az "Sport.interia" nəşrinə istinadən xəbər verir ki, çexiyalı Yan Sikora və ispaniyalı Daniel Ramires Poznan təmsilçisində qalmaq istəmir.

Sikora artıq ölkəsinin "Viktoriya"da (Plzen) təlim-məşq toplanışına qoşulub.

Ramires isə rəhbərliyə müraciət edərək ayrılmaq istədiyini söyləyib. Buna baxmayaraq, 30 yaşlı yarımmüdafiəçi "Qarabağ"la görüşlərin iştirak ərizəsinə daxil edilib.

"Lex" və "Qarabağ" arasındakı ilk oyun bu gün keçiriləcək.

"Poznan" stadionunda qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü iyulun 12-də Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"