Azərbaycanda koronavirusa daha 1099 yoluxma - 18 nəfər vəfat etdi

25 Sentyabr 2021 22:30 Gündəm 732
Azərbaycanda koronavirusa daha 1099 yoluxma - 18 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 099 yeni yoluxma faktı qeydə alınıb, 2 404 nəfər müalicə olunaraq sağalıb.

Sportinfo.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 479 814 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 449 047 nəfər müalicə olunaraq sağalıb, 6 433 nəfər vəfat edib, aktiv xəstə sayı 24 334 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 274, ötən müddət ərzində isə ümumilikdə 4 814 503 test aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var