Millinin AÇ-nın əsas mərhələsində keçirəcəyi ilk 2 oyuna təyinatlar

18 Mart 03:20 Futzal 648
Millinin AÇ-nın əsas mərhələsində keçirəcəyi ilk 2 oyuna təyinatlar

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin Avropa çempionatının əsas mərhələsində keçirəcəyi ilk iki oyuna təyinatlar açıqlanıb.

Sportinfo.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 26-da baş tutacaq Bosniya və Herseqovina ilə matçda Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya) və Kastriot Qerxhaliu (İsveç) iş başında olacaq.

Millinin martın 27-də Xorvatiyaya qarşı keçirəcəyi matçı isə Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya) və Rastislav Behancin (Slovakiya) idarə edəcək.

Hər iki görüş Omiş şəhərində yerləşən Ribnyak İdman Sarayında keçiriləcək. Bosniya və Herseqovina ilə matç Bakı vaxtı ilə saat 19:00-da, Xorvatiya ilə görüş isə 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!