"Sumqayıt"lı gənclər Pakistan yığmasına qalib gəldi

2 Avqust 2019 13:36 Əvəzedicilər 777
"Sumqayıt"lı gənclər Pakistan yığmasına qalib gəldi

"Kapital Bank Arena"nın ehtiyat meydançasında "Sumqayıt"ın 2004-2005-ci il təvəllüdlü futbolçuları ilə pakistanlı həmyaşıdları arasında dostluq oyunu keçirilib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşdən öncə qonaqları salamlayan "Sumqayıt"ın vitse-prezidenti Vaqif Ömərov və akademiyanın direktoru Hakan Sünal pakistanlı qonaqları burada gördüklərindən məmnun olduğunu, Azərbaycan və Pakistan arasındakı dostluğun daima davam etməsi arzularını bildirib.

Qarşılaşma "Sumqayıt"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Kimyaçılar"ın qollarını Namiq Məmmədzadə, Ruslan Əliyev, Rəhman Məmmədov, Fərid Abbasov və Rəvan Əsgərzadə rəqib qapısından keçirib.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"