Yolu doğru olanın yükü də ağır olar...
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində cari mövsümdə 2 ilkə birdən imza atdı.
Qurban Qurbanovun komandasının 2018/19-da vurduğu ilk qol ilk qələbəni gətirdi. Bu, IV turda Ukraynada "Vorskla"yla matçda 1:0 hesablı qələbəylə reallaşdı. Poltavadakı matçda qələbə topunun müəllifi 13-cü dəqiqədə penaltidən fərqlənən Araz Abdullayev oldu.
Bununla da "Qarabağ" 2 illik, daha doğrusu, 734 günlük fasilədən sonra qrupda qalib gəldi. Sonuncu qələbə Yunanıstanda PAOK üzərində olmuşdu.
2015-ci ilin noyabrın 4-də Salonikidəki matç da IV turun qarşılaşması idi və onda da ağdamlıların minimal hesablı qələbəsi qeydə alınıb.
Sadəcə, "Qarabağ" həmin zaman qələbə topunu ikinci hissədə - 69-cu dəqiqədə ispan legioneri Mişel Maderayla vurmuşdu.
Obyektiv qiymət verilsə, iki hədəfdə yanıldığını aşkar görərik: transferlərdə Avropa standartlarına yaxınlaşmaq üçün heyət qurmaq cəhdi alınmadı; ikincisi,öz oyun tərzinə uyğun heyəti də qurub gücünü qoruya bilmədi.
Hər iki halda yanlış istiqamətin izahı birdi: hədəf yanlışlığı ilə menecment, maliyyə zəifliyi və qeyri-müəyyənliyi.
Bu isə Azərbaycan klublarının ümumi bəlasıdı. Heç bir klub uzaq mqsədlərə xidmət edən hədəfləri müəyyən edə bilmir, cari qayğılar içində qovrulur.
Strateji hədəflər əvvəldən bilinməsə, atılacaq addımlar proqnozlaşdırılmasa, hər mövsüm buna doğru addımlar atılmasa, bu, belə də qalacaq.
Hətta ildən-ilə məqsədlərə yaxınlaşan «Qarabağ» özü də bundan əvvəlki illərin təcrübəsini, öz səhvləri üzərində öyrənməyə və çalışmağa gecikir.
Çempionlar Liqasının qrup məhələsinə düşüb ajiotajla brend məsələsini ortaya atanda, zənn etmək olardı ki, Ağdam təmsilçisi lazım olan əsas istiqamətlərdə addımlar atmağa başlayacaq. Əvəzində qəlibləşmişmiş yerli futbol formullarından kənara çıxmayan komandanı görürük.
Açığı, eyforiyaya qapılmış «Qarabağ» özü də nə istədiyini bilmir. Futbol, sadəcə, meydana çıxıb nəsə göstərməkdən ibarət deyil. Hər addımın məntiqi sonluğu olmalıdı.
Belə olmayanda, meydanda nəticəsiz canfəşanlıqdan başqa heç nə görmək mümkün deyil. Deməli, baxış dəyişməlidir, çünki bu yol təfəkkür, düşüncə tərzi yeniliklərinə aparır.
Qısası, ümid yalnız bu zaman başlaya bilər – bu vaxta qədər bəzən susub, bəzən eyhamla danışıb, bəzənsə açıq söylədiklərimiz arifə bu həqiqətlərin işarəsi idi.
ELXAN

