“Xocavənd” və “Ağdam” Zəfər Kubokunun finalında - FOTOLAR

28 May 2022 18:20 E-Topaz 571
“Xocavənd” və “Ağdam” Zəfər Kubokunun finalında - FOTOLAR

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçirilən mini-futbol üzrə Zəfər Kubokunda digər finalçı da bəlli olub.

Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan turnirin ikinci yarımfinal görüşündə "Suqovuşan" və "Ağdam" üz-üzə gəlib.

Qarşılaşmanı fəxri qonaq qismində Milli Məclisin 113 saylı Şəki şəhər seçki dairəsindən deputatı, Hüquq siyasəti və dövlət quruculuğu, Gənclər və İdman Komitələrinin, eləcə də Yeni Azərbaycan Partiyasının təftiş komissiyasının üzvü, Azərbaycan Respublikasının əməkdar məşqçisi Vüqar İskəndərov, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının İdarə Heyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, əslən Ağdamdan olan Rəşad Məcid, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və Avropa çempionu, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya çempionatları və Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı, müxtəlif nüfuzlu turnirlərin qalib və mükafatçısı, əslən Ağdamdan olan cüdoçu Rüstəm Orucov izləyib.

Ənənəvi olaraq, qonaqlar topa rəmzi toxunuş etdikdən sonra oyun başlayıb. Rəqibinə 6:1 hesabı ilə qalib gələn "Ağdam" finalda "Xocavənd"ə rəqib olub. "Suqovuşan" isə 3-cü yeri tutub.

Turnirin əsasnaməsinə görə, bürünc medal görüşü olmadığından yarımfinalda uduzan komanda fəxri diplomlarla təltif olunub.

"Suqovuşan"ın tərkibi Birinci Qarabağ və Vətən müharibəsi veteranlarından ibarət olduğundan "Ağdam" komandası matçdan sonra rəqib üçün qələbə dəhlizi təşkil edib.

Yarımfinal

"Xocavənd" - "Qubadlı" - 2:1

Qollar: İsmayıl Abdullayev, 8. Tural Məmmədli, 27 - Elcan Məmmədli, 28

"Suqovuşan" - "Ağdam" - 1:6

Qollar: Rasim Məcid, 35 - Şəfail Baxşıyev, 7. Mirbağırağa Cəfərli, 12; 20; 25; 34. Elvin Rüstəmov, 37

Sarı vərəqə: Səxavət Qurbanov, 10. Elçin Cəlilov (baş məşqçi), 11 (hər ikisi "Ağdam"), İlkin Əhmədov, 14 ("Suqovuşan")

Zəfər Kubokunda həlledici oyun iyunun 19-da - mərhum jurnalist Elnur Əşrəfoğlunun doğum günündə oynanılacaq.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı