“Cəbrayıl” qazandı, “Şuşa” böyük hesabla uduzdu

8 May 2022 18:40 E-Topaz 921
“Cəbrayıl” qazandı, “Şuşa” böyük hesabla uduzdu

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər kubokunda daha 3 oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında “Füzuli” və “Cəbrayıl” komandaları üz-üzə gəliblər. A qrupundakı qarşılaşma “Cəbrayıl”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

B qrupunda “Suqovuşan” “Şuşa” komandasını sınağa çəkib və rəqibini 9:1 hesabı ilə darmadağın edib.

C qrupunda isə “Kəlbəcər” “Laçın”ı 2 cavabsız qolla məğlub edib.

8 may

A qrupu, 1-ci tur

Füzuli – Cəbrayıl 2:4
Qollar: Murad Əliyev (2) – Əli Raufoğlu (3), Ruslan Mikayıllı

B qrupu, 2-ci tur

Suqovuşan – Şuşa 9:1
Qollar:
Nurşən Quliyev (6), Xalid Ağəliyev, İlkin Əhmədov, Vüsal Hacı – Nicat Abbasov

C qrupu

Kəlbəcər – Laçın 2:0
Qollar:
Asif Nərimanoğlu, Ceyhun Rəhimov

Zəfər kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu ilə keçirilir.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"