"ETOPAZ" Prezidentin doğum gününü özünəməxsus şəkildə təbrik etdi - VİDEO

24 Dekabr 2021 09:20 E-Topaz 748
"ETOPAZ" Prezidentin doğum gününü özünəməxsus şəkildə təbrik etdi - VİDEO

Bu gün Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin doğum günüdür.

60 illik həyat və fəaliyyəti boyunca cənab Prezident güclü şəxsiyyət, əsl lider, dövlətçilik ənənələrini layiqincə yaşadan siyasi varis olduğunu sübut edib.

O, həmçinin zəngin mənəviyyatı, sadəliyi və səmimiliyi ilə xalqın sevgisini qazanmağı bacarıb.

Özündə əsl liderlik xüsusiyyətlərini və yüksək insani keyfiyyətləri daşıyan Cənab Prezident həm diplomatik, həm hərbi cəbhədə illərlə mübarizə apararaq, xalqımıza zəfər qazandırdı.

Cənab Prezidenti 60 illik yubileyi münasibətilə özünəməxsus şəkildə təbrik edən özəl korporasiyalardan biri də "ETOPAZ" oldu.

Şirkət Cənab Prezident İlham Əliyevin həyat və fəaliyyətinin əks olunduğu diqqətəlayiq videoçarx hazırlayıb.

Həmin videoçarxın linki burada

Xəbər Lenti