İrlandiya bu gecə Bakıda asan qələbə qazanacaq?

9 Oktyabr 2021 18:00 E-Topaz 593
İrlandiya bu gecə Bakıda asan qələbə qazanacaq?

Bu gün 20.00-da Azərbaycan millisi Bakı Olimpiya Stadionunda İrlandiyanı qəbul edəcək.

“Etopaz” proqnozsevərlər üçün DÇ-2022-nin seçmə mərhələ oyunu ilə bağlı əmsalları açıqlayıb.

Hər nə qədər maraqlı olsa da, favorit qonaqlar göstərilib.

Belə ki, irlandların qələbə əmsalı 2.10 şəklində qiymətləndirilib. Heç-heçənin əmsalı 3,05-dir. Azərbaycan yığmasının qələbəsinə pul atanlar isə, qoyduğu pulun 3,5 mislində irəli düşəcək.

Ötən ay bu komandalar arasında Dublində keçirilmiş oyun 1:1 hesabı ilə yekunlaşmışdı. Millimiz 1 xalla qrup sonuncusudur. İrlandiya seçməsi 2 xalla 5 komanda arasında 4-cüdür.

SPORTİNFO.AZ

Xəbər Lenti