"Etopaz"dan "YAŞAT" fonduna 40 min manatlıq yardım

27 Avqust 2021 19:40 E-Topaz 636
"Etopaz"dan "YAŞAT" fonduna 40 min manatlıq yardım

NETBET MMC-nin ticarət markası olan, Azərbaycanın ilk və qanuni mərc saytı "ETOPAZ" yenə də xeyirxah addımlarını davam etdirir.

Hər zaman korporativ məsuliyyətə önəm verən şirkətin "YAŞAT" fonduna köçürdüyü ianələrin məbləği artıq 40 000 AZN olub.

Belə ki, bayram və əlamətdar günlərdə, həmçinin VİP müştərilərin doğum günlərində onların adından "YAŞAT" fonduna yardımlar edilir. Bununla da şirkət şəhid ailələri və qazilərə sonsuz ehtiram və dəstəyini ifadə edir.

Store Neftchi
Xəbər Lenti