“Etopaz”dan Azərbaycan ordusuna təbrik - VİDEO

26 İyun 2021 16:00 E-Topaz 385
“Etopaz”dan Azərbaycan ordusuna təbrik - VİDEO

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Ötən noyabrda Azərbaycanın tarixi zəfəri ilə bitən Vətən Müharibəsindən sonra əsgər və zabitlərimiz bu günü yüksək şövq və əzmlə, qalib ordu olaraq qeyd edir.

Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında "Dəmir yumruq"la başı əzilən ermənilər 30 ilə yaxın işğal altında saxladıqları əzəli Azərbaycan torpaqlarından çıxarıldı.

Şuşaya üçrəngli bayrağımız sancıldı, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcər, Laçın və Hadrut, öz sahibinə qovuşdu, dövlət sərhəddimiz bərpa olundu.

Azərbaycanın ilk mərc oyunları saytı “Etopaz” qəhrəman hərbçilərimizi, qalib ordunu Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, onlara dövlətimizin qorunması işində uğur arzulayır.

Etopaz-ın Silahlı Qüvvələr Günü ilə əlaqədar hazırladığı video-roliki təqdim edirik.

Xəbər Lenti