Millətlər Liqasının rəmzi yığmasında bizə tanış ad da var

22 Noyabr 2020 20:00 Dünya futbolu 1 013
Millətlər Liqasının rəmzi yığmasında bizə tanış ad da var

Millətlər Liqasının qrup mərhələsinin rəmzi komandası açıqlanıb.

Sportinfo.az xəbər verir ki, "11-lik”də yalnız A liqasının təmsilçiləri yer alıb.

Final mərhələsinə yüksələ bilməyən Portuqaliya rəmzi komandada daha çox oyunçu ilə təmsil olunub. Yığmanın 4 üzvü "11-liy”ə daxil edilib.

Siyahıdakı adlardan ən diqqətçəkni İbrahim Şehiçdi. Vaxtilə "Qarabağ”da çıxış etmiş Bosniya və Herseqovina millisinin qolkiperi də "11-liy”ə adını yazdıra bilib.

Qapıçı: İbrahim Şehiç (Bosniya və Herseqovina);

Müdafiəçilər: Joao Kanselu, Pepe, Rafael Gerreyro (hamısı Portuqaliya), Françesko Açerbi (İtaliya);

Yarımmüdafiəçilər: Dris Mertens (Belçika), Bruno Fernandeş (Portuqaliya), Nikolo Barella, Lorenso İnsinye (İtaliya);

Hücumçular: Romelu Kukaku (Belçika), Memfis Depay (Niderland).

Digər Xəbərlər
Xəbər Lenti