“Bizim ehtiyat planımız yoxdur, çempionat keçiriləcək"

26 Oktyabr 2020 00:56 Dünya futbolu 438
“Bizim ehtiyat planımız yoxdur, çempionat keçiriləcək"

“Bizim ehtiyat planımız yoxdur”.

Sportinfo.az xəbər verir ki, bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.

O, əksər turnirlərin ləğvinə və ya təxirə salınmasına səbəb olan koronavirus pandemiyasının 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının final mərhələsinə təsirinə münasibət bildirib.

Qurum başçısı mundialın istənilən halda keçiriləcəyini iddia edib: “Qətərdəki turnir keçiriləcək. Bizim koronavirusla bağlı vəziyyəti nəzarətə götürmək üçün vaxtımız var”.

Dünya çempionatının final mərhələsi 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?