16 danışılmış oyundan 84600 dollar və 6 300 avro "qazanc" tutdular

24 Mart 2020 15:04 Dünya futbolu 690
16 danışılmış oyundan 84600 dollar və 6 300 avro "qazanc" tutdular

Belarusun Minsk məhkəməsində danışılmış oyunlarla bağlı dinləmələrə başlanılıb.

Sportinfo.az xəbər verir ki, müttəhimlər sabiq futbolçular Vitali Lanko və Viktor Borovitski, eləcə də keçmiş voleybolçu Denis Osipovdur.

Onlar 2019-cu il yanvarın 5-də tutulublar. Osipov ötən il martın 8-dək, Lanko aprelin 4-dək, Borovitski isə iyulun 2-dək nəzarət altında olub. Hər üç oyunçu yarış iştirakçılarını satın almaqda ittiham olunur.

Borovitski və Lanko pul qoyuluşu etdikləri matçların özləri istədikləri kimi yekunlaşması üçün ifaçılar seçərək, müəyyən məbləğdə pul qarşılığında razılığa gəliblər.

Məhkəməyə çıxarılan nəticəsi şübhəli oyunların sayı 16-dır. Onlardan 15-i futbol, 1-i isə voleybol matçıdır. Müttəhimlər danışılmış oyunlardan əllərinə 84 600 dollar və 6 300 avro alıblar.

Danışılmış görüşlərdən 2-si "Qomel" klubu ilə bağlıdır. Komandanın futbolçusu Dmitri Aydov 2018-ci il iyunun 13-də BATE-yə oyun satmağın (0:3) qarşılığında Borovitskidən 12 000 dollar, 26 iyun 2018-ci ildə Brest "Dinamo"suna böyük hesabla (0:6) uduzmalarının əvəzində 10 000 dollar alıb.

Pulların komandada necə bölüşdürüldüyü və ümumiyyətlə, bölüşdürülmədiyi barədə məlumat yoxdur. Danışılmış oyunlarla bağlı daha 17 futbolçunun adı hallanır. Onlar "Naftan", "Lida", "Orşa", "Ximik" və "Neman-Aqro"da çıxış ediblər.

Digər Xəbərlər
Xəbər Lenti