Bu ölkənin millisini məşhur fransız çalışdıracaq?

20 İyul 2024 00:20 Dünya futbolu 863
Bu ölkənin millisini məşhur fransız çalışdıracaq?

ABŞ millisinin rəhbərliyi komandanı 2026-cı ildəki dünya çempionatında mübarizə aparmağa hazırlayacaq baş məşqçi axtarır.

Sportinfo.az TUDN-a istinadən xəbər verir ki, amerikalılar fransalı məşqçi Patrik Vieyra ilə danışıqlara başlayıblar.

48 yaşlı mütəxəssis bu yaxınlarda Amerika kubokundan sonra boş qalan postun favoriti hesab olunur.

2026-cı il dünya çempionatı ABŞ-da keçiriləcək.

Bir gün əvvəl “Strasburq” klubu Patrik Vieyranın komandanın baş məşqçisi postundan istefa verdiyini açıqlamışdı. Beləliklə, indi Vieyra ilə ABŞ milli komandası arasında ciddi maneə yoxdur.

Vieyra məşqçilik karyerası ərzində artıq ABŞ-da işləyib. Belə ki, o, 2016-2018-ci illərdə “Nyu York Siti”də çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR