COP29

"Qarabağ"da işləmiş "Beşiktaş"lı azərbaycanlı iş adamının təklifini geri çevirdi və…

11 Aprel 11:40 Dünya futbolu 719
"Qarabağ"da işləmiş "Beşiktaş"lı azərbaycanlı iş adamının təklifini geri çevirdi və…

"Eskişehirspor"un baş məşqçisi Önder Karaveli ilə yollarını ayırmasından xəbərdarsız.

49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Maraqlıdır ki, Önder Karaveli bu vəzifəyə cəmi 27 gün əvvəl təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi son matçda - Regional Həvəskarlar Liqasında "Karadeniz Ereğli Belediyespor"la görüşdə heç-heçə edib.

Çempionluq üçün mübarizə aparan "Eskişehirspor"un bu nəticəsi kritik xal itkisi hesab olunub.

"Eskişehirspor" bu mövsüm keçirdiyi 22 matçdan sonra 46 xal toplayıb. Komanda hazırda 3-cü pillədədir. Turnir cədvəlinə "1926 Polatlı" liderlik edir. "Alaplı Belediyespor" isə 2-cidir.

Önder Karaveli 2019-2021-ci illərdə "Qarabağ" U-19-un baş məşqçisi olub. 2021/22 mövsümündə "Beşiktaş"ın əsas komandasının baş məşqçisi işləyib.

Yəqin ki, o, "Eskişehirspor"un dəvətini vaxtında geri çevirmədiyi üçün indi çox peşmandır. Niyə də peşman olmasın, Eskişehirə yollanmazdan öncə ona Azərbaycandan daha perspektivli təklif gəlib.

İş adamlarından biri yaratmaq istədiyi futbol akademiyasını Karaveliyə tapşırmaq istəyib. Türkiyəli mütəxəssisə uzunmüddətli müqavilə təklif olunub, çağırışı qəbul etməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"