Azərbaycan Qran-prisinin qalibi o oldu - "Formula 2" üzrə

12 İyun 2022 12:40 Digər növlər 533
Azərbaycan Qran-prisinin qalibi o oldu - "Formula 2" üzrə

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, 29 dövrənin yekununda "Prema Racing"dən Dennis Hauger bütün rəqiblərini qabaqlayıb.

"Carlin"dən Logan Sargeant ikinci, "MP Motorsport"dan Felipe Druqoviç üçüncü yeri tutub. Ümumilikdə 6 pilot yarışı sonadək davam etdirə bilməyib.

"Hitech Grand Prix" komandasından Yuri Vips sıralama turunda ən yaxşı nəticəni göstərmişdi. "Carlin"dən Liam Louson ikinci, "Prema Racing"dən Dennis Hauger üçüncü olub.

Digər Xəbərlər
Xəbər Lenti