Serxio Peres Bakıda yenə ən yaxşı nəticəni göstərdi - FOTO

11 İyun 2022 16:20 Digər növlər 531
Serxio Peres Bakıda yenə ən yaxşı nəticəni göstərdi - FOTO

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.

Sportinfo.az xəbər verir ki, "Red Bull"dan Serxio Peres ən yaxşı nəticəni göstərib.

"Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen üçüncü olub.

Ötən gün ilk test yürüşlərində müvafiq olaraq Peres və Lekler birinci olmuşdu.

Azərbaycan Qran-prisi iyunun 12-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!