Azərbaycan Pauerliftinq Federasiyasının rəhbər şəxsləri istefa verib.
Sportinfo.az xəbər verir ki, vitse-prezident Rüfət Ağayev və baş katib Hafiz Verdiyev öz istəkləri ilə vəzifələrindən ayrılıblar.
Bu barədə onlar "feysbuk" hesablarında paylaşım ediblər.
Hər iki şəxsin ayrılmağına səbəb Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevdən olan narazılıqdır.

