Əlindəki tapançadan atəş açıldı, güllə qarnına tuş gəldi, öldü

9 Yanvar 2022 00:00 Digər növlər 599
Əlindəki tapançadan atəş açıldı, güllə qarnına tuş gəldi, öldü

Stend atıcılığı üzrə italiyalı dünya çempionu Kristian Gilli bədbəxt hadisə nəticəsində ölüb.

Sportinfo.az xəbər verir ki, faciəvi olay ov vaxtı baş verib.

Dostları ilə ovda olduğu zaman Gilli yerə tökülən patronları götürmək üçün əyilib. Bu zaman onun əlindəki tapançadan atəş açılıb. Güllə gənc idmançının qarnına tuş gəlib və həyatına son qoyub.

Gilli 2021-ci ildə gənclər arasında dünya çempionu olub.

Atıcılıq növləri müasir olimpiya hərəkatı yarandığı vaxt - 1896-cı ildə Yay Olimpiya Oyunlarının proqramına salınıb. 1904 və 1928-ci il istisna olmaqla, bütün olimpiadalarda yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti