“Həbib anasının xeyir-duasını almalıdır, onun sözündən çıxmaz”

27 İyun 2021 01:52 Digər növlər 459
“Həbib anasının xeyir-duasını almalıdır, onun sözündən çıxmaz”

Sportinfo.az xəbər verir ki, Həbib Nurməhəmmədovun məşqçisi olmuş Xavyer Mendes karyerasını başa vurmuş rusiyalı idmançının döyüşməkdən ötrü çox darıxdığını bildirib.

Məşqçinin fikirlərini “Cagesidepress” portalı dərc edib.

“Düşünürəm ki, Həbib yenidən döyüşmək istəyir. O, məşqlərdən, döyüşlərdən ötrü çox darıxır. Bizim münasibətlərimiz çoxdan məşqçi və tələbə çərçivəsindən kənara çıxıb.

Biz bir ailə kimiyik, birlikdə böyüyüb inkişaf etmişik. Əmisi oğlu Abubakar döyüşəndə ​​bu hisslər üçün çox darıxdığını söylədi.

Hiss edirəm ki, oktaqona çıxmazdan əvvəl yaşanılan adrenalin üçün darıxır. Gündəlik həyatda bu hissləri əvəz etmək çətindir”, - deyə X. Mendes vurğulayıb.

Dağıstanlı idmançının sabiq məşqçisi əlavə edib ki, Həbib anasına çox bağlıdır və onun sözləri idmançı üçün çox böyük əhəmiyyət daşıyır:

“O, anasının xeyir-duasını almalıdır. Onun idmana qayıdışı bunsuz mümkün deyil. Həbib anasının sözündən çıxmaz”.

Digər Xəbərlər
Xəbər Lenti