Həbibin futbol layihəsi var - Hansı çempionatda oynayar?

19 İyun 2021 17:00 Digər növlər 544
Həbibin futbol layihəsi var - Hansı çempionatda oynayar?

UFC-in sabiq çempionu Həbib Nurməhəmmədov futboldakı perspektivi barədə jurnalistin sualını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, Həbib futbolu sevdiyini, ancaq bundan sonra peşəkar şəkildə bu idman növü ilə məşğul olmağın gec olduğunu bildirib.

O, hansı çempionatda oynamaq istədiyini də açıqlayıb:

“Qazaxıstan çempionatında görünə bilərəm? Əgər futbol oynasam, Premyer Liqada çıxış edərdim. Təbii ki, Rusiya yox, İngiltərə (gülür).

Peşəkar futboldan danışırıqsa, artıq mənim 33 yaşım var. Bundan sonra gec olduğu aydındır.

Amma buna baxmayaraq hər hansı bir futbol tarixi yazmaq istəyirəm. Bununla bağlı layihəm var, tezliklə bu haqda eşidəcəksiniz.

Yenə də deyirəm, peşəkar futbolçu olmaq çox gecdir. Xeyriyyə oyunlarında futbolçu çoxdan atmış veteranlarla meydana çıxa bilərəm. Onların yanında qaçmağı bacararam”.

Digər Xəbərlər
Xəbər Lenti