“Son həftələrdə yol verdiyimiz eyni səhvləri “Qarabağ”la oyunda təkrarladıq”

“Son həftələrdə yol verdiyimiz eyni səhvləri “Qarabağ”la oyunda təkrarladıq”

“Ayntraxt Frankfurt”un idman direktoru Markus Kröşe Çempionlar Liqasında Bakıda “Qarabağ”a 2:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, Kröşe Almaniya mətbuatına açıqlamasında buraxılan səhvlərin məğlubiyyətə səbəb olduğunu bildirib:

“Çox acı bir nəticədir. Son həftələrdə yol verdiyimiz eyni səhvləri təkrarladıq və qələbəni əldən verdik.

Hazırda birlikdə keçməli olduğumuz dərin bir böhran yaşayırıq. Təbii ki, hər şeyi fərqli təsəvvür edirdik.

İndi əsas məqsədimiz işimizə davam etmək və diqqətimizi Bundesliqaya yönəltməkdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 18:10 Çək və bizə göndər!