“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə “Mançester Siti” ciddi şəkildə maraqlanır.
“Şəhərlilər” onun transferini yayda reallaşdırmaq variantını nəzərdən keçirirlər.
Olmo “Barselona”ya 2024-cü ildə, “Leyptsiq”dən 55 milyon avro qarşılığında keçib. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin 30 iyununa qədərdir.
27 yaşlı yarımmüdafiəçi cari mövsümdə 38 oyunda meydana çıxaraq, 8 qol vurub və 7 məhsuldar ötürmə verib.

