"Qalatasaray" Sloveniyada, “Rakuv” Polşada qazandı – CL-də NƏTİCƏLƏR

9 Avqust 2023 01:00 Çempionlar Liqası 1 520
"Qalatasaray" Sloveniyada, “Rakuv” Polşada qazandı – CL-də NƏTİCƏLƏR

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

II raundda "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Rakuv" Polşada Kiprin "Aris" klubunu məğlub edib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" Sloveniyada "Olimpiya"nın qapısından 3 cavabsız top keçirib.

Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" - HİK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) isə Yunanıstanda AEK-lə qarşılaşmalı olsa da, azarkeşlər arasında baş vermiş insident nəticəsində yerli fanatın öldürülməsi səbəbindən qarşılaşma təxirə salınıb.

8 avqust

22:00. "Rakuv" (Polşa) - "Aris" (Kipr) - 2:1
Qollar:
Vladislav Koçergin, 7. Fabian Pyasetski, 63 - Mixlali Mayambela, 89

22:00. "Kopenhagen" (Danimarka) - "Sparta" (Çexiya) - 0:0

22:30. PSV (Niderland) - "Şturm" (Avstriya) - 4:1
Qollar:
İsaak Babadi, 4. Luk de Yonq, 22; 32. İbrahim Sanqare, 73 - Con Qorents-Stankoviç, 40

22:45. "Klaksvik" (Farer adaları) - "Molde" (Norveç) - 2:1
Qollar:
Arni Frederiksberq, 64; 86 - Maqnus Eykrem, 49

23:00. "Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə) - 0:3
Qollar:
Kerem Aktürkoğlu, 9. Dris Mertens, 48. Halil Dervişoğlu, 90+1

23:00. "Braqa" (Portuqaliya) - "Baçka Topola" (Serbiya) - 3:0
Qollar:
Bruma, 17. Pitsi, 19. Tiaqu Calo, 87

III təsnifat mərhələsinin digər 3 oyunu bu gün keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti