Yunanlar "Neftçi"yə bu qiyməti verdi, tələblər irəli sürdü

17 İyul 13:20 Çempionlar Liqası 1 566
Yunanlar "Neftçi"yə bu qiyməti verdi, tələblər irəli sürdü

Yunanıstanda "Olimpiakos" və "Neftçi"ı arasındakıÇempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün biletlər iyulun 19-da satışa çıxarılacaq.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, biletlər həm onlayn qaydada, həm də "Georgios Karaiskakis" stadionunun kassalarında satılacaq.

Qiymətlər 15 avro - 250 avro arasında dəyişir.

Azarkeşlər bilet almaq üçün mütləq COVID-19 vaksini ilə bağlı sertifikat təqdim etməlidir. Arenaya giriş zamanı sıxlıq yaranmaması üçün qapılar matçın startından 3 saat əvvəl açılacaq.

12 - 15 yaşlı uşaqların stadiona girişi üçün PCR testi tələb olunacaq. Azarkeşlər mütləq tibbi maskadan istifadə etməlidir.

İyulun 21-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Arenanın ümumi azarkeş tutumu 32 115 nəfərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 16:00 İndi say, babam, say!