Türkiyəyə göndərilmək üçün könüllü həkimlər siyahıya alınır?

8 Fevral 03:10 Bizimkilər 200
Türkiyəyə göndərilmək üçün könüllü həkimlər siyahıya alınır?

Sosial şəbəkələrdə Türkiyədə zəlzələdən ziyan çəkmiş insanlara yardım məqsədilə Azərbaycandan könülü həkim heyətinin siyahıya alınması ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, artıq bəzi həkimlər bununla bağlı müraciət etdiklərini yazırlar.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyindən bildirildi ki, yardım üçün peşəkar heyət formalaşdırılıb:

“Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində peşəkar həkimlərdən ibarət heyət formalaşdırılıb. Ehtiyac yarandığı təqdirdə heyət zərərçəkmişlərin müalicəsinə cəlb olunacaq”.

Artıq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyəti qardaş ölkəyə çatdıracaq təyyarə hazırda Türkiyədədir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Mart 17:20 Mahirdən XƏBƏR ALIN!
28 Mart 10:40 Bir addım irəli…
28 Mart 09:20 0:5-in İÇ-ÜZÜ