"Atam çox sərt idi, sözlə məni məhv edirdi – Özümü elə apara bilmərəm"

21 Yanvar 2022 14:20 Bizimkilər 780
"Atam çox sərt idi, sözlə məni məhv edirdi – Özümü elə apara bilmərəm"

"Çox sərt adam idi, oyunum xoşuna gəlməyəndə məni təbrik etmirdi".

Sportinfo.az xəbər verir ki, bu sözlər Aleksandr Səmədova məxsusdur.

Rusiya yığmasını seçmiş azərbaycanlı keçmiş futbolçu 2015-ci ildə vəfat etmiş atası Sergey Səmədov haqqında xatirələrini bölüşüb.

Daha çox Moskva "Spartak"ında məşhurlaşan sabiq yarımmüdaiəçi onun ciddi insan olduğunu vurğulayıb:

"Artıq xasiyyətinə bələd idim. Bilirdim ki, sözlə məni məhv edəcək.

Hazırda 3 oğul atasıyam. Amma mən özümü atam kimi apara bilmərəm. Onun münasibəti məni sərtləşdirirdi.

Mənə deyirdi ki, həyatda hər şeyə özün nail olmalısan. Ən önəmli fikri belə idi: həyatda yeni dostların ola bilməz.

Əsl dostların sayı maksimum 1-2 nəfərdir. Qalanları sənin tanışlarındır. Onlar nəvaxtsa səni çıxılmaz vəziyyətdə qoya bilərlər".

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!