Millimizin 2 futbolçusu 2 qol, 2 assistlə komandalarını son pillədən qurtardı - VİDEO

18 Aprel 2021 17:20 Bizimkilər 1 313
Millimizin 2 futbolçusu 2 qol, 2 assistlə komandalarını son pillədən qurtardı - VİDEO

Ukrayna Premyer Liqasında XXII turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin şərəfini qoruduğu “Minay” ev oyununa çıxıb.

Adıçəkilən komanda yuxarı pillələrdə qərarlaşan “Desna”nı qəbul edib. “Minay”ın 3:1 hesablı qələbə qazandığı matçın qəhrəmanı ilk hissədə dubla imza atan Nuriyev olub.

23-cü dəqiqədə penaltidən hesabı açan hücumameyilli futbolçu 39-cu dəqiqədə rəqibi ikinci dəfə mərkəzə dəvət edib. İkinci qolun məhsuldar ötüməsini milliləşdirilməsi nəzərdə tutulan Rüstəm Əhmədzadə verib.

Nuriyev həmçinin 50-ci dəqiqədə üçüncü qolun assistini edib. Bununla cari mövsüm qollarının sayını 10-a yüksəldən Anatoli bombardirlər yarışının şərikli liderlərindəndir.

Rüstəm 66-cı dəqiqədə əvəzlənibsə, kapitan Anatoli sona qədər meydanda olub. “Minay”ın qapısını isə yığmamızın sabiq qolkiperi Andrey Popoviç qoruyub.

Bu qələbə sayəsində xallarının sayını 18-ə çatdıran “Minay” sonuncu pillədən qurtularaq 12-ci yerə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti