COP29

“İndi dincəlməyə vaxt yoxdur - Heç nə mükəmməl deyil”

26 Oktyabr 04:00 Basketbol 240
“İndi dincəlməyə vaxt yoxdur - Heç nə mükəmməl deyil”

"İlk oyunda qələbə qazanmağımız çox vacib idi.

Təbii ki, heç nə mükəmməl deyil və hər matçda nəticə göstərmək üçün daha çox çalışmaq lazımdır".

Sportinfo.az xəbər verir ki, bunu "Gəncə"nin ukraynalı basketbolçusu Vladislav Frolov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Baketbol Liqasının I turunda "Lənkəran" səfərində qazanılan qələbə barədə danışıb:

"Yoxlama oyunlarımız komandanın çatışmayan cəhətlərini üzə çıxarmaq baxımından əhəmiyyətli oldu. Məşqçilər korpusu işini bu yöndə quraraq qısa müddətdə problemləri minimuma endirməyə çalışıb. “Lənkəran”la görüşdən öncə təhlillər aparıldı, komandanın hazırlığı bunun üzərində qurulmuşdu. Bizim oyun üslubumuz ilk növbədə müdafiəni uğurla təşkil etməkdir. Ona görə də arxa xətdə enerjili və istəklə çxıış etmək vacib idi ki, bunu göstərdik. Hələ qarşılaşmadan əvvəl bütün basketbolçuların mübarizəyə can atdığı, qələbə qazanmaq istədiyi bəlli idi. Bizi görüşə hazırlayan məşqçilər korpusuna təşəkkür edirəm. Fədakarlıqları üçün komanda yoldaşlarıma da minnətdaram”.

Frolov növbəti turda doğma meydanda qarşılaşacaqları "Quba" ilə oyun barədə öz fikirlərini də bölüşüb: “Həqiqətən də evdə, yeni zalda oynamağı səbirsizliklə gözləyirik, azarkeşlərimizə həm müdafiədə, həm də hücumda yaxşı oyun göstərmək istəyirik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hamının bizi arenada dəstəkləməsini arzulayırıq. Azarkeşlərimiz bizim “13-cü oyunçu”muzdurlar.

26 yaşlı mərkəz oyunçusu qarşıdakı matça hazırlığın əla səviyyədə getdiyini söyləyib:

“Artıq mövsümün ilk oyunları baş tutub ki, bu da hazırlığı asanlaşdırır, çünki rəqibin oyununu izləmək və nəticə çıxarmaq olar. Məşqlərimiz həmişəki kimi yüksək tempdə davam edir, indi dincəlmək vaxtı deyil. Səylə hazırlaşmaq lazımdır”.

"Gəncə" Azərbaycan Basketbol Liqasının I turunda "Lənkəran"ı 90:75 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti