Azərbaycan millisi ilə oyundan əvvəl problemlərlə üzləşdilər

19 Avqust 2023 03:10 Problem 857
Azərbaycan millisi ilə oyundan əvvəl problemlərlə üzləşdilər

Belçika yığması Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələsi oyunundan əvvəl problemlərlə üzləşib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Domeniko Tedesko yığmanın əsas üzvlərindən qapıçı Tibo Kurtua və yarımmüdafiəçi Kevin De Bröynenin zədə səbəbindən uzun müddətə sıradan çıxmasından narahatdır.

Tedesko, həmçinin, özünə klub tapa bilməyən Romelu Lukakunu da toplanışa çağırmaya bilər. Forvard müqavilə ilə İngiltərə "Çelsi"sinə məxsus olsa da, London təmsilçisindən ayrılmaq niyyətindədir.

Baş məşqçi daha əvvəl yalnız öz komandalarında müntəzəm çıxış edən oyunçuların heyətə cəlb olunacağını açıqlamışdı.

Sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika üç gün sonra Estoniya yığmasını qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti