Azərbaycan yığmasının 5 futbolçusu AMADA-nı ŞÜBHƏLƏNDİRDİ – Qəfil yoxlama

2 Aprel 2022 13:20 Araşdırma 1 318
Azərbaycan yığmasının 5 futbolçusu AMADA-nı ŞÜBHƏLƏNDİRDİ – Qəfil yoxlama

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 21 yaşadək futbolçulardan ibarət yığmanın futbolçularını dopinq-kontrola cəlb edib.

Sportinfo.az-a bu barədə məlumat AFFA-dan daxil olub.

Federasiyadan redaksiyamıza ötürülən informasiyaya görə, qəfil yoxlama Belarusla yoxlama matçından sonra gerçəkləşib.

Belə ki, AMADA-nın əməkdaşları Sumqayıtda keçirilən və qonaqların 3:1 hesabıyla qalib gəldiyi qarşılaşmanın ardından millinin düşərgəsinə gələrək, 5 oyunçudan analiz götürüb.

Antidopinq Agentliyinin nümayəndələrinin komandadan kimləri yoxlamadan keçirdiyi açıqlanmasa da, bildirilib ki, nəticələr bir müddət sonra AFFA-ya təqdim ediləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti