“Xəzər Universiteti” ilə “İnter”in ardınca “Keşlə” də tarixin yaddaşına qovuşur.
Artıq yeni komandanın adı da məlumdur – “Şamaxı”. Loqo da hazırlanaraq klub avtobusunun üzərinə yapışdırılıb.
Loqo ilk baxışda həvəskar səviyyədə hazırlanmış simvola bənzəyir ki, bu, sosial şəbəkələrdə az müzakirəyə səbəb olmayıb.
“Şamaxı”nın loqosu Bolqarıstandan “oğurluq məhsul” hesab oluna bilər. Söhbət sıradan klubdan yox, tarixi ilə öyünən Sofiya ÇSKA-sının keçmiş simvolundan gedir.
Belə ki, 90-cı illərin əvvəllərində paytaxt təmsilçisinin futbolçuları yaxasında məhz şəkildə gördüyünüz loqonu daşıyıb.
Lakin sonradan ölkədəki siyasi vəziyyət və klubda baş verən dəyişikliklərə görə emblem yenilənib.
“Şamaxı”nın yeni hazırlanmış loqosu ÇSKA-nın həmin loqosu ilə birə-bir eynidir. Dizaynerlər kiçik dəyişikliklər etməklə “söhbəti fırlatmağı” bacarıblar.
Fotoları biz təqdim edək, nəticəni siz çıxarın:
HƏBİB / SPORTİNFO.AZ

