ŞOK RƏQƏM: ABŞ Rusiyanın Ukraynadakı itkilərini açıqladı - VİDEO

31 Mart 2022 16:30 Araşdırma 884
ŞOK RƏQƏM: ABŞ Rusiyanın Ukraynadakı itkilərini açıqladı - VİDEO

ABŞ-ın hesablamalarına görə, Rusiya tərəfi Ukraynadakı müharibədə 10 mindən çox əsgər itirib.

Bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland "Current Time” telekanalına açıqlamasında bildirib.

Müxbirin yaxın həftələrdə Rusiya ilə Ukrayna arasında atəşkəsin mümkün olub-olmayacağı ilə bağlı sualına cavab olaraq dövlət katibinin müavinin cavabı belə olub:

"Bu, ukraynalılar və onların müttəfiqlərinin səy göstərdiyi məsələdir. Lakin Rusiya Ukrayna ordusunun nə qədər güclü olduğunu hələ tam anlamayıb".

"Rusiya tərəfi inanılmaz itkilər verir. Bizim qiymətləndirməmizə görə, 10 mindən çox rusiyalı həlak olub. Amma real atəşkəs əldə olunmayana qədər ciddi danışıqlar olmayacaq", Nuland müsahibəsində deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti