Kiyev və Çerniqov istiqamətlərində Rusiya qoşunlarının planlı şəkildə yenidən qruplaşdırılması aparılır.
Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
"Hazırda Kiyev və Çerniqov istiqamətlərində qoşunların planlaşdırılmış yenidən qruplaşdırılması aparılır", - Konaşenkov qeyd edib.
O, əlavə edib ki, Kiyev və Çerniqov istiqamətində Rusiya Silahlı Qüvvələrinin bütün əsas tapşırıqları yerinə yetirilib.

