Azərbaycan klubuna lazım olmadı, getdiyi ölkədə “at oynadır” – 11 qol, 5 assist

30 Mart 2022 19:00 Araşdırma 2 798
Azərbaycan klubuna lazım olmadı, getdiyi ölkədə “at oynadır” – 11 qol, 5 assist

“Keşlə”də ümidləri doğrultmayan, Azərbaycanda heç kimə lazım olmayan Anatoli Abanq Birləşmiş Ərəb Əmirliklərində “at oynadır”.

Ölkəmizdə top qovduğu müddətdə vurduğu qollardan çox aldığı qırmızı vərəqələrlə ad çıxaran kamerunlu hücumçu BƏƏ-nin 1-ci dəstəsində məhsuldarlığı ilə diqqət çəkməkdədir.

Belə ki, 23 yaşlı hücumçu yanvarda müqavilə bağladığı “Əl Bataeh”in heyətində 10 çempionat matçına çıxıb. Bu 10 oyunda rəqib qapılarına 11 dəfə yol tapan “29 nömrə” 5 assistlə yadda qalıb.

Artıq indidən BƏƏ-nin elitasında mübarizə aparan klublar onunla yaxından maraqlanır.

Ötən il Adelia adlı azərbaycanlı qadınla ailə quran və fevralda qız atası olan Anatoli Abanq 2021-ci ilin yanvarından dekabrına qədər “Keşlə”də oynayıb.

O, bu müddətdə bütün yarışlarda 28 qarşılaşmada meydana ayaq basmaqla 5 qol vurub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti