İtaliya və Azərbaycan klublarını birləşdirən ORTAQ CƏHƏT

30 Mart 2022 17:40 Araşdırma 689
İtaliya və Azərbaycan klublarını birləşdirən ORTAQ CƏHƏT

İdman siyasətdən ayrıdı deyirlər. Amma əksər vaxt bunun əksini görürük.

Məsələn, hazırda davam edən Rusiya-Ukrayna müharibəsinə görə birincilərin idman həyatı sanksiyalarla iflic edilib.

Elə bizim "Qarabağ"ımız da idman meydanında siyasətin az qurbanı olmayıb.

Bəli, yetəri qədər idmanın siyasətə qarışdığını əyani göstərən faktlar saymaq olar. Amma bunun heç də həmişə belə olduğunu iddia etmək doğru deyil.

Götürək bir aydan artıqdı davam edən Rusiya və Ukrayna müharibəsinə rəğmən tərəflərin eyni komandada çıxış edən, qələbə üçün birgə mübarizə aparan futbolçularını.

Bu baxımdan ölkə xaricinə diqqət etsək ilk ağıllara gələn İtaliya təmsilçisi "Atalanta" olacaq. Bu komandada rusiyalı Aleksey Mirançuk və ukraynalı Ruslan Malinovski çıxış edir.

Hətta bir müddət əvvəl mətbuata adıçəkilən futbolçular haqqında danışan komandanın çalışdırıcısı Qasperini "Hər iki futbolçu bir -birinə hörmət edir. Onlar dostdu" - deyə açıqlama vermişdi.

Ölkəmizdə də buna oxşar mənzərə göz oxşayır. İtaliyadan fərqli olaraq bizdə futbolçu yox, məşqçi-futbolçu tandemi var.

Belə ki, "Sabah"ın baş məşqçisi Murad Musayev rusiyalı, komandanın mərkəz müdafiəçisi Zurab Oçiqava isə ukraynalıdır.

Gənc mütəxəssis müharibədən əvvəl olduğu kimi, müharibə dövründə də ukraynalı yetirməsinə əsas heyət gözü ilə baxır.

Bir sözlə, tərəflər futbol meydanındanında döyüş meydanını unutmağı bacarıblar. Hələ bu da son deyil.

Siyasətdən uzaq təəssurat yaratmağı bacaran Musayev bir neçə gün əvvəl daha bir ukraynalı futbolçu Aleksey Kaşuku heyətinə qatmağa razılıq verdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti