Azərbaycanlı futbolçunun 900 min avroluq iddiası – FİFA nə vaxt qərar verəcək?

30 Mart 2022 13:00 Araşdırma 847
Azərbaycanlı futbolçunun 900 min avroluq iddiası – FİFA nə vaxt qərar verəcək?

FİFA Azərbaycan yığmasının və “Qarabağ“ın müdafiəçisi Bəhlul Mustfazadənin şikayəti əsasında başlanan araşdırmanı hələ bitirməyib.

Bu barədə Sportinfo.az-a futbolçunun meneceri Səbuhi Səfiyarlı bildirib.

Onun sözlərinə görə, ali qurum yekun qərarını əvvəlcə bu ay açıqlayacağını elan etsə də, son anda həmin tarixi ertələyib:

“FİFA aprelin 5-də qərarını verməlidir. Məhkəmə “Əl-Əyn”ə bir neçə sorğu göndərib. Ərəblər hələ sənədlərin hamısını təqdim etməyib.

Məhkəmənin daha bir müddət uzanacağını güman eləmirəm. Bəhlulun hüquqlarını bu sahə üzrə ixtisaslaşmış şirkət qoruyur. Vəkillər əmindir ki, FİFA futbolçumuzun lehinə qərar çıxaracaq”.

Ötən ilin yayında “Sabah”ın formasını geyinən Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Əyn”ə transferi gündəmə gəlmişdi.

Həmin vaxt “tələbələr” də müəyyən təzminat qarşılığında müdafiəçisi ilə vilaşmağa hazır olduğunu bildirmiş və Bəhlulla yolları ayırmışdı.

Ancaq sonradan, daha doğrusu, tərəflər arasında 3 illik müqavilə bağlanmasına rəğmən, BƏƏ təmsilçisi anlaşmanı birtərəfli qaydada pozmuşdu ki, məhz bu səbəbdən Mustafazadə “Əl-Əyn”dən FİFA-ya şikayət ünvanlamışdı.

Hazırda “Qarabağ”ın formasını geyinən arxa xətt oyunçusu BƏƏ klubundan 900 min avro təzminat tələb edir. Çünki “Əl-Əyn” rəsmi sənədlərə əsasən 3 il müddətində Bəhlula məhz bu qədər maaş ödəməyi üzərinə götürüb.

Araşdırmaların 6 aydır davam eləməsi “Əl-Əyn”in problemə etinasız yanaşması ilə əlaqədardır ki, böyük ehtimalla, qurum buna görə də ərəbləri sərt cəzalandıracaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti