Xocalı rayonunun Fərrux kəndində insan qalıqları aşkarlanıb.
APA xəbər verir ki, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edilib.
***
Xocalı rayonunun Fərrux kəndi ərazisində insan qalıqlarının aşkarlanması ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.
Aşkarlanan qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyni adlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aiddir.
Faktla bağlı müvafiq araşdırma və dəqiqləşmələr aparılır.


