O da zorlamada ittiham olunur - Günahı sübuta yetirilsə…

29 Mart 2022 15:20 Araşdırma 558
O da zorlamada ittiham olunur - Günahı sübuta yetirilsə…

"Selta"nın hücumçusu Santi Mina həbs oluna bilər.

Sportinfo.az xəbər verir ki, futbolçu zorlamada ittiham edilir.

Hadisə 2017-ci ildə baş verib. Santi adı açqılanmayan qıza təcavüzdə günahlandırılır.

İddia edilir ki, həmin qız Mina ilə intim münasibətdən imtina etsə də, futbolçu bunu nəzərə almayıb. Hadisədən sonra zərərçəkmişin psixoloji problemlər yaşadığı da deyilir.

Məhkəmə çəkişməsi martın 31-də başa çatacaq. Günahı sübuta yetirilsə, futbolçu 8 il müddətinə azadlıqdan məhrum edilə bilər. Amma yüngül cəza çıxarılsa, 10 il sınaq müddətinin təyin edilməsi ehtimalı da var.

Santi Mina “Selta”da 2019-cu ildən çıxış edir. Cari mövsümdə 28 matçda iştirak edən hücumçu 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti