Milli komandalarda ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklər olub.
Sportinfo.az xəbər verir ki, buna dünən keçirilən yoxlama və seçmə xarakterli matçlar səbəb olub.
Bu, 100 və daha çox qarşılaşma keçirən oyunçular siyahısındakı yeganə Azərbaycan təmsilçisi Rəşad Sadıqovun də mövqeyinə təsir edib.
Millimizin sabiq “14 nömrəsi” hərəyə 111 oyun keçirən 14 futbolçudan biridir.
Öncə 312-324-cü yerləri bölüşən 13 oyunçuya sonuncu şərik dünən əlavə olunub. Kolumbiya millisinin üzvü Xuan Kuadrado Boliviya ilə görüşdə (3:0) meydana çıxıb. Bununla cənubi amerikalı Sadıqova şərik çıxıb.
Dünya rekordu malayziyalı So Çin Anna məxsusdur. O, 219 dəfə milli forma geyinib.

