“Olimpik”də mənə 1200 dollar verirdilər, amma evin kirayəsini özüm ödəməliydim.
“İnter”ə qayıtdım, oynamağa başladım, əlimə ağlasığmaz pullar dəydi və pozuldum“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında millimizin sabiq forvardı Daniel Axtyamov verib.
Vaxtilə Azərbaycanda “İnter“, “Olimpik“,“Kəpəz“ kimi bir sıra klubların formasını geyinmiş tatar əsilli hücumçu qazandığı pulların qədrini bilmədiyinə görə indi təəssüf hissi keçirir:
“Kaş qazandıqlarımı evə göndərib bütün fikrimi futbola yönəldərdim. Ağlım olmadı. O qədər pulu sağa-sola xərcləyib gələcəyimi puç elədim.
Futbolçu ömrü 10-15 ildir. Bu müddətdə elə yaşamalısan ki, ömrünün qalan hissəsini rahat yaşayasan.
Daha mənim kimi yox. Azərbaycan millisində oyna, o qədər pul qazan, indi bu işdən çıx o işə qaç, ordan çıx bura qaç“.

