Təmir adıyla dağıdılan stadion niyə bərpa olunmur? – VİDEO

27 Mart 2022 09:20 Araşdırma 1 555
Təmir adıyla dağıdılan stadion niyə bərpa olunmur? – VİDEO

Artıq bir neçə ildən çoxdur ki, təmir olunmaq adı ilə bağlanılan Qusar şəhər stadionu bərbad vəziyyətdə qalıb.

Stadion hasarlanıb köhnə kanstruksiyaları dağıdılsa da, hələ tikintiyə başlanılmayıb.

Bu, Qusar sakinlərinin böyük narazılığına səbəb olub. Onlar deyir ki, yəqin ərazi hansısa sahibkara satılıb.

Sportinfo.az xatırladır ki, tikinti üçün təyin olunan tender müsabiqəsin “Azenko” şirkəti qazanıb.

Uzun illər ev oyunlarını burada keçirmiş “Şahdağ” artıq öz fəaliyyətini dayandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti