Azərbaycan yığması ilə ən çox… 10 komandadan biri

25 Mart 2022 19:20 Araşdırma 551
Azərbaycan yığması ilə ən çox… 10 komandadan biri

Malta millisi Azərbaycan yığması ilə ən çox görüşən 10 komandadan biridir.

Sportinfo.az xəbər verir ki, bu gün baş tutacaq yoldaşlıq oyunu iki rəqib arasında 9-cu görüş olacaq.

İndiyədək Azərbaycanla Malta arasında 8 duel baş tutub. Ada təmsilçisi yığmamızda bu qədər oyuna çıxan 7 komandadan biridir.

Ta Qalidə baş tutacaq bugünkü matçdan sonra Malta rəqiblərimiz sırasında 4-cü yerə yüksələcək. Yalnız üç yığma ilə daha çox qarşılaşmışıq.

Mütləq rekord Moldovaya məxsusdur. Bu rəqiblə 11 dəfə görüşmüşük. Qazaxıstanla Özbəkistanın hərəsi ilə 10 matç baş tutub.

1. Moldova - 11
2-3. Qazaxıstan - 10
Özbəkistan - 10
4-10. Uels - 8
Portuqaliya - 8
Estoniya - 8
Finlandiya - 8
Slovakiya - 8
Türkiyə - 8
Malta - 8

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti