Azərbaycan millisi 2022-ci ildəki ilk oyunlarını bu ay keçirəcək.
Sportinfo.az xəbər verir ki, apasport.az yığma tarixinin ən böyük kapitanlarının siyahısını müəyyənləşdirib.
Mütləq rekord Rəşad Sadıqova məxsusdur. O, 78 dəfə yığmamızı kapitan kimi meydana çıxarıb.
İkinci göstərici Tərlan Əhmədova məxsusdur. İlk “üçlüy”ü indiki kapitan Maksim Medvedev qapayır.
Ümumiyyətlə isə 7 oyunçu 10-dan artıq qarşılaşmada kapitan olub.
1. Rəşad Sadıqov - 78
2. Tərlan Əhmədov – 41
3. Maksim Medvedev – 25
4. Nazim Süleymanov – 22
5. Aslan Kərimov – 18
6-7. Mahir Şükürov – 11
Qurban Qurbanov - 11

