AFFA-dan müəmmalı qərara CAVAB GƏLDİ - MİLLİNİN GÜNDƏMİ

5 Fevral 2022 19:40 Araşdırma 1 255
AFFA-dan müəmmalı qərara CAVAB GƏLDİ - MİLLİNİN GÜNDƏMİ

Yığma Millətlər Liqasındakı siftəsini “Dalğa Arena”da edəcək.

AFFA-nın saytında yerləşdirilən məlumatda iyunun 10-da Slovakiya, bundan 3 gün sonra isə Belarusla Bakıdakı qarşılaşmaların Mərdəkandakı stadionda keçiriləcəyi bildirilib.

Şəhərin mərkəzinə yaxın ərazilərdə kifayət qədər stadion varkən AFFA-nın millini yenidən uzaq Mərdəkana “sürgün etməsi” sual doğurur.

Halbuki, ölkənin bir nömrəli komandası artıq xeyli vaxtdır rəqiblərini ölkənin bir nömrəli idman qurğusu olan Bakı Olimpiya Stadionunda qəbul edir.

Ən pis halda “Bakcell Arena”ın xidmətinə ehtiyac duyulurdu.

Maraqlıdır, bu dəfə nə baş verdi? Yayın ilk ayındakı oyunların məhz “Dalğa Arena”ya salınmasının xüsusi səbəbi nədir?

Assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Sportinfo.az-a açıqlamasında məsələyə bu cür şərh verib:

“Razılaşaq ki, Millətlər Liqasındakı oyunlara ciddi azarkeş marağı olmur. Adlı-sanlı rəqiblər gələndə, BOS-a azarkeş axını olur.

Digər hallarda stadion boş kimi görünür. Ona görə də indiki halda ev oyunlarının daha kompakt stadionlarda keçirilməsi nəzərdə tutulub.

“Bakcell Arena”da isə “Neftçi” ev oyunlarını keçirir. Bu komandanın yayda avrokuboklara qatılacağı real göründüyündən, iyunda orada hazırlıq işləri görüləcək, ota qulluq olunacaq. Ona görə də “Bakcell Arena” da uğurlu seçim deyil.

Bu kimi halları nəzərə alandan sonra Slovakiya və Belarusa matçların “Dalğa Arena”da keçirilməsi məqsədəuyğun salındı. Burada əsas üstünlüklərdən biri millinin təlim-məşq bazasının Mərdəkanda yerləşməsidir”.

Azərbaycan millisi C Liqasının 3-cü qrupunda Slovakiya və Belarusla yanaşı Moldova – Qazaxıstan cütünün qalibi ilə mübarizə aparacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!