Müştəri futbolçular - ADLAR

5 Fevral 2022 16:20 Araşdırma 1 068
Müştəri futbolçular - ADLAR

Futbolçuların menecerliyi ilə məşğul olan şirkətlərdən biri “3R SPORTS MANAGEMENT”dir.

Şirkətin kimə məxsus olması ölkə futbolunun “mətbəx”i ilə yaxından tanış olanların çoxuna məlumdur.

“3R”in açması Riad Rasim oğlu Rəfiyevdir. Yəni şirkət “Sumqayıt”ın hazırkı prezidenti, “Neftçi”nin mərhum prezidenti Rasim bəyin oğlu Riyad Rəfiyevin kurasiyasındadır.

Uzun illər AFFA-nın seleksiya xidmətində çalışan, ölkə xaricindəki azərbaycanlıların milli forması geyinməsinə şərait yaradan Rəfiyev 4 ilə yaxındır “Sumqayıt”da əsas söz sahibidir.

Lakin agent şirkəti fəaliyyətini sürdürür, futbolçuların özünə yeni iş yeri tapmasına yardım edir.

“3R”in müştərilərinin kimliyi hər birin(m)izə maraqlıdır. Siyahıdakı adları bilmək üçünsə çox çək-çevir etməyə ehtiyac olmadı.

Ünlü “Transfermarkt” saytı bu baxımdan köməyimizə çatdı. Məlum oldur ki, hazırkı müştərilərin sayı cəmi 8 nəfərdir. Yəni 8 futbolçu ilə rəsmi əməkdaşlıq müqaviləsi mövcuddur.

Kimdir həmin futbolçular?

Rəhim Sadıqov (“Sumqayıt”), Namiq Ələsgərov (“Bursaspor”, Türkiyə), Aleksey İsayev (“Sabah”), Mehdi Cənnətov (“Zirə”), Elvin Bədəlov (“Sumqayıt”), Əmir Ağayev (“Makkabi Bney-Reyneh”, İsrail), Rüfət Abdullazadə, Səbuhi Abdullazadə (hər ikisi “Sumqayıt”).

Dünya təcrübəsində eyni çempionatda mübarizə aparan klublarda müştəri futbolçularının olub-olmaması təcrübəsi var, ya yox - dəqiq söyləmək çətindir. Açığı, inandırıcı görünmür.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"