Baş məşqçi xəbərdarlıq etdi: "Vəziyyət dəyişməsə, qışda buradan ayrılacam"

5 Dekabr 2024 19:40 I Divizion 3 100
Baş məşqçi xəbərdarlıq etdi: "Vəziyyət dəyişməsə, qışda buradan ayrılacam"

"Yeni sponsor gəlməsə, qış fasiləsində komandadan ayrılacam".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Mingəçevir"in baş məşqçisi Ədahim Niftəliyev deyib.

Birinci Liqa təmsilçisinin çalışdırıcısı qərarını belə izah edib:

"Getmək qərarımı gədə-güdədən ibarət qara qüvvələrdən qorxub verməmişəm. Kimdənsə qorxmuram. Hər kəs məni yaxşı tanıyır.

Sadəcə mənim də ailəm var. Oğlum Bakıda təhsil aldığı üçün yanıma gətirə bilmirəm. Onlardan ayrı yaşamaq rahat deyil.

Bir tərəfdən də klubun belə vəziyyətdə olması ağır gəlir. Bu şəraitdə çox qala bilmərəm. Bir ildən artıqdır doğma şəhərim üçün xidmət göstərirəm.

Ötən mövsüm çempionatda yerimizi qoruduq. Daha belə davam etmək olmaz. Yeni sponsor gəlməsə, getməyə qərar vermişəm. Bu, şəxsi qərarımdır. Klub rəhbərliyi bildirib ki, sponsor gəlməlidir. Sponsor alınmasa da nəsə düşünərik".

XANOĞLAN

Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”